Onlayn ictimai-siyasi qəzet
Bakıda qətl hadisəsi olub.
Musavat.com xəbər verir ki, lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.
42 yaşlı Rafət Ağalarov 4 uşaq anası olan arvadı 40 yaşlı Esmira Ağalarovanı boğaraq, öldürüb. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rafət Ağalarov tutularaq, istintaqa təhvil verilib.
İddialara görə, qadın ərindən boşanmaq istəyibmiş. Cinayət də məhz bu səbəbdən yaranan mübahisə zəminində baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.
01 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ