İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda DƏHŞƏT! 18 yaşlı gəncin başını yaşadığı evdə kəsdilər: Qətlin baş verdiyi yerdən GÖRÜNTÜLƏR

Bakının Balaxanı qəsəbəsində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Belə ki, 2006-cı il təvəllüdlü Rəşid Rüstəm oğlu İmanov anası və özündən iki yaş kiçik qardaşı ilə kirayədə yaşayırmış.

Sözügedən hadisə isə o, evdə tək olan zaman baş verib.

Qonşuların verdiyi məlumata görə, öldürülən şəxs əslən Salyan rayonundan olub. O, restoranların birində aşpaz vəzifəsində çalışırmış, lakin işdən yeni ayrıldığı bildirir.

Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Rəhim İsmayıl oğlu Əsədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

XəzərXəbər

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyun 2024

21 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR