Onlayn ictimai-siyasi qəzet
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdiriləcək. Ali məktəblərdə və ümumtəhsil müəssisələrində müntəzəm tədris prosesinin başa çatması, həmçinin fəal istirahət dövrünün başlanması ilə əlaqədar sərnişin axınının azalmasını nəzərə alan Bakı Metropoliteni qatarların hərəkətini yay qrafikinə uyğun təşkil edəcək.
Dəyişiklikdən sonra "28 May−Əhmədli" sahəsində qatarlararası interval iş günləri pik saatlarda 2 dəqiqə 18 saniyə, şənbə günlərində 2 dəqiqə 30 saniyə, bazar günlərində isə 3 dəqiqə olacaq.
"Bakmil" və geri istiqamətdə hərəkət cədvəli Bakı metropoliteninin saytında dərc ediləcək.
Bənövşəyi xətt, həmçinin "Cəfər Cabbarlı−Xətai" və "Həzi Aslanov−Əhmədli" mənzillərində qatarların hərəkət cədvəli dəyişməyəcək.
Nəzarət tədbirləri və monitorinqlər davam etdiriləcək, zərurət yarandıqda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.
Yay hərəkət qrafiki yeni tədris mövsümü başlanana qədər qüvvədə olacaq.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ