Onlayn ictimai-siyasi qəzet
“Dünyanın müxtəlif beynəlxalq təşkilatlarının hesablamalarına görə, Azərbaycan 2050-ci ilə qədər susuzluqdan əziyyət çəkən 35 ölkə arasında olacaq”.
Musavat.com xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında bildirib.
Nazir müavini bildirib ki, Dövlət Proqramında müasir suvarma altında olan sahələrin 130 min hektardan 300 min hektara qədər çatdırılması hədəf kimi qarşıya qoyulub:
“Bu, məhsuldarlığın artırılmasına gətirib çıxaracaq. Müasir suvarma şəbəkəsinin yaradılması ilə yanaşı, həmçinin torpaq konsolidasiyası da dövlət proqramı çərçivəsində Azərbaycanda həyata keçiriləcək əsas tədbirlərindən biridir”.
Nigar Həsənli
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ