İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın siyasi tarixində daha bir ilk yaşana bilər

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Hikmət Babaoğlu Musavat.com-a əhalinin sayının 10 milyona çatdığını əsas göstərərək bildirib ki, seçki dairələrinin sayı-yəni deputatların sayının artırılması mümkündür. Deputat eyni zamanda qarışıq seçki sisteminə keçidin də mümkün olduğunu deyib.

Hər iki məsələnin həlli üçün isə Konstitusiyada dəyişiklik edilməlidir. Konstitusiya dəyişikliyi isə referendumla mümkündür. Hakimiyyətdə təmsil olunmayan siyasi partiyalar isə uzun müddətdir bu mövqedən çıxış edirlər. Beləliklə, hakim partiyanın təmsilçilərinin də açıqlamaları ilk dəfə hakimiyyətlə müxalifətin referenduma çıxarılması ehtimal olunan dəyişikliklərə eyni mövqedən yanaşacağı gözlənilir. Təcrübə göstərir ki, əvvəlki dövrlərdə hakimiyyətin təşəbbüsü ilə konstitusiya dəyişiklikləri üçün keçirilən referendumlarda müxalifət düşərgəsi adətən əks mövqedən çıxış edirdi.

1662551973_1660656719_akifakifqat.jpg (45 KB)

Məsələ ilə bağlı Musavat.com-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, deputatların sayının artırılması və qarışıq seçki sisteminə keçidlə bağlı müzakirələr xeyli vaxtdır gedir. "Artıq belə görünür ki, bu məsələdə nəhayət bütün siyasi qüvvələrin mövqeləri üs-üstə düşür. YAP-dan olan deputat da bu mövqedən çıxış edirsə, deməli nəhayət ortaq məxrəcə gəlmək əlamətləri hiss olunur. Bu məsələ ilə bağlı cəmiyyətdən sosiaı sifariş var. Qeyd olunan dəyişikliklər üçün referendum keçiriləcəksə bu dəyişikliklərə qarşı çıxan qüvvə olmayacaq. Hər kəs tərəfindən dəstəklənən referendum keçiriləcək”.

Qeyd edək ki, hazırda ölkədə 125 seçki dairəsi var. 2002-ci ildən Azərbaycanda parlament seçkiləri majoritar sistemlə keçirilir.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR