Onlayn ictimai-siyasi qəzet
"Hökumətin və dövlət rəhbərliyinin strateji baxışına uyğun olaraq səhiyyə sektorunda mərhələli şəkildə islahatlar aparılır. Səhiyyə Nazirliyinin balansında olan və qəzalı vəziyyətdə olan bütün tibb müəssisələri siyahıya alınıb, kapital investisiya layihələrinə daxil edilib və müvafiq təqdimatlar hazırlanıb".
Muaavat.com xəbər verir ki, bunu Səhiyyə naziri Teymur Musayev deyib. O bildirib ki, bölgələrdə səhiyyə infrastrukturunun yaxşılaşdırılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə birlikdə işçi qrupları yaradılıb:" Bu sahədə əsas prioritetlərdən biri də kadr islahatıdır.
Estetik əməliyyatlar həyata keçirən həkimlərlə bağlı vəziyyətə gəlincə, hazırda Azərbaycan Respublikasında plastik, estetik və rekonstruktiv cərrahiyyə əməliyyatları aparmaq icazəsi olan 45 nəfər həkim var və onların siyahısı açıq şəkildə dərc olunub. Bu say ildən-ilə artır, çünki rezidentura təhsilini başa vuran və xaricdə təhsil alıb ölkəyə qayıdan mütəxəssislər var.
Məlum olduğu kimi, Azərbaycanda plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə iki əsas mərkəz yaradılıb. Onlardan biri akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərən şöbədir. Bu şöbə tam kadrlarla təmin olunub və ən müasir avadanlıqlarla təchiz edilib.
Digər tərəfdən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun klinik bazasında plastik və rekonstruktiv cərrahiyyə klinikası əsaslı təmir olunub və yaxın günlərdə açılışı planlaşdırılır".
Şahanə Rəhimli
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ