İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda icra başçısı olmayan rayonlar - SİYAHI

Xəbər verdiyimiz kimi, avqustun 4-də Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Naxçıvan MR-in Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Hazırda Azərbaycanda başçının olmadığı icra hakimiyyətlərinin sayı 5-dir. Belə ki, Naftalan şəhərinin və Sədərək, Gədəbəy, Ağdərə, Qaradağ rayonlarının icra başçısı yoxdur.

2025-ci ilin 12 noyabr tarixində Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O.Mürsəlov 2022-ci ilin avqust ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Hazırda Gədəbəy rayonunun icra başçısı vəzifəsi boşdur.

Elə həmin gün - 2025-ci il noyabrın 12-də Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur.

Ağdərə rayonunun da icra başçısı yoxdur. Belə ki, 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Hələlik başçı vəzifəsinə təyinat olmayıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yanvarın 30-da Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə isə təyinat olmayıb. Hazırda Qaradağın icra başçısı vəzifəsini birinci müavin Emil Abbasov müvəqqəti olaraq icra edir.(unikal)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR