İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dəhşətli qəza baş verdi - Ölən var

Kəngərlidə avtomobil qəzası olub.

Musavat.com APA-ya istinadla bildirir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu, Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Logan" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR