İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Rusiyanın ƏN YENİ silahlarını ala bilər

"Rosoboronexport" sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək "ADEX 2026" beynəlxalq müdafiə sərgisində Rusiya hərbi texnikası və silahlarının ən son nümunələrini təqdim edəcək. Ekspozisiya Xəzər regionu ölkələri üçün təhdid və çağırışlar nəzərə alınmaqla hazırlanıb.

Stenddə "Lanset-E" kəşfiyyat-zərbə kompleksi, "S-350M-E" PUA-sı, həmçinin "Kalaşnikov" konserninin yeni məhsulları nümayiş olunacaq. Konsernin xüsusi stendində "Kub" ailəsinə aid zərbə dronların (loiter ammunitions) tam ixrac çeşidi, "RUS-PE" daşınan kəşfiyyat-zərbə sistemi və "Skat-350M" kəşfiyyat PUA-sı təqdim ediləcək.

Hava hücumundan müdafiə (HHM) və dronlarla mübarizə seqmentində "Pantsir-S1M" zenit raket-top kompleksi, yeni "Citadel" zenit artilleriya kompleksi və "Radeskan" kompleksinin "Antidron" versiyası sərgilənəcək. Həmçinin "Rosoboronexport" "İskəndər-E" əməliyyat-taktiki raket kompleksi, "Floks" və "Malva" özüyeriyən artilleriya qurğuları, eləcə də "Drok" özüyeriyən minomyotu daxil olmaqla, Quru Qoşunları üçün nəzərdə tutulmuş hərbi texnikaları təqdim edəcək.
Bəs qeyd olunan rus silahlarından hazırda Azərbaycan ordusunun arsenalında varmı? Yoxdursa gələcəkdə alınması mümkündürmü?

Moskvadan Ankaraya HƏDƏ kimi ismarış – Türkiyənin CAVABI

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, sərgidə Rusiyanın ən yeni istehsal etdiyi silahlar nümayiş olunacaq, bu baxımdan həmin silahların böyük ehtimalla satışı həyata keçirilməyib: “Ona görə də o silahlar Azərbaycan ordusunun silah arsenalında yoxdursa bu, təbiidir. Azərbaycanın silah arsenalında Rusiya hərbi müdafiə sənayesinin istehsal etdiyi silahlar mövcuddur. Həmin silahlar da geridə qalmış silahlar deyil.

Rusiya da müasir dövrə uyğun modern silahlar, müxtəlif dronlar, dronlara qarşı silahlar, ağır silahlar istehsal edir. Azərbaycan özü də silah istehsal edir və Azərbaycan hətta xaricə silah satır. Azərbaycanın silah aldığı ölkələr sırasında Rusiyanın payı uzun illər əvvəllərlə müqayisədə bir qədər azalıb. Bu onunla bağlıdır ki, Azərbaycan həm özü silah istehsal edir, həm də digər silah istehsalçıları olan ölkələrdən də silah alır.

Sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək "ADEX 2026" beynəlxalq müdafiə sərgisində təqdim ediləcək Rusiya hərbi texnikası və silahlarının ən son nümunələrindən Azərbaycan ordusuna lazım olanları olacaqsa gələcəkdə alınması mümkündür. Bakıda keçiriləcək sərgi şübhəsiz ki, Rusiya silah sənayesinin ən son nümunələrinə diqqətin artmasına və həmin silahların satışına təsir göstərəcəyi şübhəsizdir. Rusiyanın müasir silahları zəif deyil”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR