İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Polisi 108 yaşını qeyd edir

Bu gün Azərbaycan Polisinin yaradılmasının 108-ci ildönümü qeyd olunur.

Musavat.com xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyulun 2-də qəbul etdiyi qərarla ölkədə polis orqanlarının əsası qoyulub. Həmin tarixdən etibarən polis xidməti dövlətçiliyin və hüquq-mühafizə sisteminin əsas sütunlarından birinə çevrilib.

Azərbaycan polisi asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, eləcə də ölkədə təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyət göstərir.

Müstəqillik dövründə polis orqanlarının maddi-texniki bazası gücləndirilib, kadr hazırlığı təkmilləşdirilib və xidmət müasir tələblərə uyğun inkişaf etdirilib.

Qeyd edək ki, hər il iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur. Bu münasibətlə daxili işlər orqanlarının əməkdaşları və veteranları peşə bayramlarını qeyd edirlər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2026

01 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR