İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan cüdoçusu dünya çempionu oldu - FOTO

Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk günündə 50 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu qızıl medal qazanıb.

Fərid Rzazadə finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün Azərbaycanın daha üç yeniyetmə cüdoçusu dünya çempionatında tatamiyə çıxacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR