Onlayn ictimai-siyasi qəzet
Türkiyəli məşhur aktrisa Aybüke Pusat yeni layihəsi ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, aktrisanın həm baş rolunu canlandırdığı, həm də prodüserliyini üstləndiyi “En Mutlu Günümde” filmindən ilk görüntülər yayımlanıb.
Pusat ekran işində “Nesrin” obrazına həyat verir. Aktrisa rolunun tələbinə uyğun olaraq çarşab geyinərək kamera qarşısına keçib. Onun yeni obrazdakı görüntüləri sosial mediada da böyük maraqla qarşılanıb.
Erkan Tunçun ssenari müəllifi və rejissoru olduğu filmdə Aybüke Pusatın tərəf müqabili Halil Babürdür. Ekran işində Reha Özcan, Elit Andaç Çam, Erşan Utku Ölmez, Arın Kuşaksızoğlu və Ebru Aytürk də rol alırlar.
Filmin mövzusu da diqqət çəkir. “En Mutlu Günümde” bir icmanın himayəsi altında bir-birini tanımadan evləndirilən Ercan və Nesrinin hekayəsindən bəhs edir. Eyni evdə sakit həyat qurmağa çalışan cütlük zaman keçdikcə bir-birinə yaxınlaşır. Lakin onların keçmişində gizlənən ağrılar və icmanın qoruduğu qaranlıq sirr münasibətlərini mürəkkəb bir hesablaşmaya sürükləyir.
Nesrin obrazı isə sakit və qapalı xarakterinin arxasında heç kimin bilməsini istəmədiyi bir həqiqəti gizlədir. Ercanın həyatına daxil olduqca bu sirrin izləri də üzə çıxmağa başlayır.
Aybüke Pusatın filmdəki çarşaflı görüntüləri sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər aktrisanın yeni obrazını “Kızıl Goncalar” serialındakı atmosferə bənzədərkən, digərləri Pusatın fərqli rola uğurla hazırlaşmasını qeyd ediblər.
Könül
Musavat.com
05 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ