İnsanlara hürriyət, millətlərə istiqlal!

Aybəniz Haşımovanın səhhətində problem yarandı

Əməkdar artist Aybəniz Haşımova səhhətində yaranan problemlə bağlı paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, tanınmış sənətçi bu barədə şəxsi sosial şəbəkə hesabında məlumat verib.

Müğənni müalicə aldığı anları izləyiciləri ilə bölüşərək, iynə vurulduğu zaman çəkilmiş görüntülərini paylaşıb. Paylaşımında səhhətində müəyyən narahatlığın yarandığını hiss etdirən sənətçi, vəziyyətinin tezliklə yaxşılaşacağına ümid etdiyini bildirib.

A.Haşımova paylaşımına qısa şəkildə “İnşallah, tez bitər” sözlərini yazaraq, müalicə prosesinin davam etdiyini qeyd edib.

Əməkdar artistin hansı səbəbdən müalicə aldığı və səhhətində yaranan problemin detalları barədə isə hələlik əlavə məlumat verilməyib. Sənətçinin paylaşımı izləyiciləri tərəfindən narahatlıqla qarşılanıb, ona çoxsaylı şəfa və tezliklə sağalması ilə bağlı arzular ünvanlanıb.

Könül 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2026

12 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR