İnsanlara hürriyət, millətlərə istiqlal!

Axurik–Naxçıvan xətti: bağlanan qapılar açılır?

Rusiya və Ermənistan Türkiyə və Azərbaycan sərhədlərinə uzanan dəmir yolu istiqamətlərinin bərpasını müzakirə edib.

Musavat.com xəbər verir ki, İrəvanda keçirilən danışıqlarda Gümrü — Axurik (Türkiyə sərhədi) və Arazdəyən — Naxçıvan sərhədi xəttinin yenidən qurulması və infrastrukturun modernləşdirilməsi əsas gündəm mövzusu olub.

Məlumata görə, tərəflər təkcə dəmir yolu deyil, eyni zamanda avtomobil və hava nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər. Xüsusilə Axurik istiqaməti Ermənistan–Türkiyə sərhədində uzun illərdir bağlı qalan kommunikasiya xəttinin yenidən işə düşməsi ehtimalını gündəmə gətirir.

Arazdəyən — Naxçıvan xətti isə regionda kommunikasiyaların açılması fonunda strateji əhəmiyyət kəsb edir. Bu marşrutun reallaşması Cənubi Qafqazda tranzit imkanlarını genişləndirə, iqtisadi əlaqələri aktivləşdirə və yeni logistika xəritəsi formalaşdıra bilər.

Hazırda layihələrin texniki detalları və maliyyə mexanizmləri üzrə müzakirələr davam edir. Konkret icra təqvimi açıqlanmasa da, rels diplomatiyasının yenidən aktiv fazaya keçdiyi açıq görünür.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR