İnsanlara hürriyət, millətlərə istiqlal!

AXCP-nin qurultay şousu - Əli Kərimli partiyanı bu cür dağıdır...

İyunun 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyası növbəti qurultayını keçirib. Qurultayda Əli Kərimlinin sədr kimi hesabatı qəbul edilib. Daha sonra partiya sədri üçün seçkilər baş tutub.

Seçkilər deyəndə, qurultayda alternativ namizəd olmayıb, iştirakçılar Əli Kərimlinin əleyhinə-lehinə səs veriblər. Tək qapıya oynanılan oyunda Əli Kərimli qalib gəlib və şou bitib.

qurul.png (408 KB)

2001-ci ildə, Əbülfəz Elçibəyin vəfatından sonra AXCP sədri postuna sahiblənən Əli Kərimli yenə də kreslosunu kimsəyə vermədi. Bütün günü demokratiyadan danışan Qərb dövlətləri kimi Əli Kərimli də danışdığı demokratiyadan uzaq olduğunu göstərdi. Tam 22 ildir ki, AXCP-yə o rəhbərlik edir.

Heç buna rəhbərlik də demək olmaz. İstedadlı, savadlı adamları ətrafından bir-bir uzaqlaşdıran Kərimli son illərdə fəaliyyətini sosial şəbəkə çərçivəsində qurub. Saxta profillər, yalançı “like”larla partiya “idarə edir”, uğurlarına sevinir.

Bunu biz yox, partiyasının vaxtilə funksionerləri olan şəxslər deyirlər.

Elə bu günlərdə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli partiyadan və Milli Şuradan istefa verdi. V.Məhərrəmlinin Fuad Qəhrəmanlı, Təzəxan Mirələmli, Məmməd İbrahimlə də problemləri olub. Məlumata görə, V.Məhərrəmli növbəti qurultayda İdarə Heyətinə üzv seçilə bilməyəcəyini görüb və öncədən üzvlükdən gedib. Başqa sözlə, Əli Kərimlinin partiyanı daxildən dağıtmağa yönəlik fəaliyyəti öz “bəhrəsini” verib. Əli Kərimli məsələni görməzdən gəlib. Çünki bu, onun üçün sərf edən bir qərar olub, yolu açılıb.

Qeyd etdiyimiz kimi, sədr Əli Kərimlinin partiya daxilində idarəetmədə diktator kimi davranması AXCP-ni ötən müddət ərzində böyük parçalanmalarla üz-üzə qoyub. Hazırda Əli Kərimlinin ətrafında siyasi fəaliyyəti ilə tanınmış kimsə qalmayıb. Milli hərəkatın üzvü olan, sonra fəaliyyətini AXCP-də davam etdirən nüfuzlu şəxslərdən kimsə Əli Kərimlinin yanında deyil. Çünki Kərimlinin partiya daxilindəki avtoritarizmi, müxalifətin məğlub duruma salınmasındakı birbaşa və maraqlı rolu özünü hərəkata həsr edənlərin AXCP-dən uzaqlaşmasına səbəb olub.

elis.jpg (47 KB)

Üzvlər deyirlər ki, AXCP-də yalnız Əli Kərimlinin istək və arzularına uyğun davranmaq, siyasət aparmaq tələb olunur. Əli Kərimli bir məsələ ilə bağlı hansısa qərarı verirsə bu, istisnasız olaraq bütün üzvlər tərəfindən qəbul edilməlidir. Yəni adı partiya olsa da, heç bir təşkilat işindən söhbət getmir. Hər şeyə “mən, mən” deyən Əli Kərimli qərar verir. Toplantı təşkil edir, monoloq qurur, qurultaya namizədlər sırasına da özündən başqa kimsəni layiq bilmir. Bu, Elçibəydən gələn bir partiyaya xəyanət etmək, dağıtmaq, gülünc vəziyyətə salmaqdan başqa bir şey deyil.

Sosial şəbəkələrdən də görürük ki, AXCP üzvlərinin hər hansı birini tənqid etmək mümkün deyil. Dərhal təhqirə, saxta profillərlə hücuma keçirlər. Bunun da partiyada əsasını Əli Kərimli qoyub. “Trol” ordusunun “generalı” nə deyirsə, onu da edirlər. Bu proses 22 ildir davam edir və hər il daha da kəskin, gülünc, absurd vəziyyətə gəlir. Siyasi meydandan yox olan Kərimli sosial şəbəkədən asılıb qalıb.

AXCP-nin son qurultayı partiya üçün xilas, işıq ola bilərdi. Ancaq Əli Kərimlinin kibiri, kompleksləri buna da imkan vermədi.

Beləliklə, tarix gülünc bir qurultaya şahidlik etdi. Yəqin ki, bu qurultaydan sonra Kərimlinin ətrafında birləşən fanatiklər ayılacaqlar və özləri bu prosesə son qoyacaqlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR