Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya, Fransa və Almaniya liderləri İranın Yaxın Şərqdəki müttəfiqlərinə qarşı hücumlarından qəzəbləniblər.
Musavat.com xəbər verir ki, Avropa üçlüyünün müvafiq bəyanatını Britaniya Baş naziri Keir Starmerin ofisi yayıb: "Biz regiondakı maraqlarımızı və müttəfiqlərimizin maraqlarını qorumaq üçün addımlar atacağıq, ehtimal ki, İranın raket və PUA atma qabiliyyətini məhv etmək üçün zəruri və mütənasib müdafiə tədbirləri görəcəyik".
Qeyd olunur ki, London, Paris və Berlin bu məsələdə ABŞ və onların Yaxın Şərq müttəfiqləri ilə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Bundan əvvəl Starmer Yaxın Şəqrdəki müttəfiqlərini PUA hücumundan müdafiə etmək üçün Ukraynadan mütəxəssislər cəlb olunacağını bildirib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ