İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT rəhbərliyi Rusiyada-Lavrov kimlərə “axmaq” dedi?

BƏƏ və ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların aparıldığı bir dönəmdə ATƏT də müharibə aparan ölkələrlə əlaqədar hərəkətə keçib.

Musavat.com Rusiya mediasına istinadən bildirir ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birlikdə Moskvaya gəlib.

“Ukraynaya səfərimizdən sonra bu gün ATƏT-in baş katibi Sinirlioğlu ilə birlikdə Moskvaya gəldim. Dialoq bütün tərəflərlə əlaqə tələb edir"- Kassis X platformasında yazıb.

Bir neçə saat öncə Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiyanın Avropaya hücum edəcəyi barədə iddiaları cavablandırıb.

“Tarixi bilməmək, Rusiyanın Avropaya hücuma hazırlaşdığı barədə axmaq bir fikir meydana gətirir”- deyə, diplomat Rusiya televiziyasına müsahibəsində bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR