Onlayn ictimai-siyasi qəzet
Fransanın Fontainebleau şəhəri yaxınlığında fəaliyyət göstərən “O Garden Buffet” adlı açıq bufet restoranı qida israfına qarşı yeni tətbiq başladıb.
Musavat.com xəbər verir ki, müştərilərin əvvəlcədən sabit məbləğ ödəyərək istədikləri qədər yemək götürə bildiyi restoranda boşqabında yemək saxlayanlardan hər boşqab üçün əlavə 10 avro tələb olunur.
Restoran bu qaydanı həm girişdə, həm də rəsmi internet səhifəsində müştərilərə əvvəlcədən bildirir.
Restoranın internet saytındakı xəbərdarlıqda “İstədiyiniz qədər yeyin” ifadəsinin yeməyi israf etmək anlamına gəlmədiyi vurğulanır.
Müştərilər masaya oturmazdan əvvəl bu şərtlərlə tanış olur. 10 avroluq əlavə ödənişi qəbul etməyən və ödəməkdən imtina edən şəxslər barəsində isə 135 avro məbləğində cərimə tətbiq oluna biləcəyi bildirilir.
Restoranda boşqabda qalan yeməklərin çölə aparılmasına da icazə verilmir.
Restoran rəhbərliyi bu qaydalarla açıq bufet xidmətində yaranan qida israfını azaltmağa və müştərilərin yalnız yeyə biləcəkləri qədər yemək götürməsinə nail olmağı hədəfləyir.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ