Onlayn ictimai-siyasi qəzet
Arktika regionunda gərginlik yeni mərhələyə keçir.
Musavat.com xəbər verir ki, "The Telegraph" nəşrinin yazdığına görə, Böyük Britaniya, Fransa və Almaniyanın hərbi rəhbərləri NATO çərçivəsində Qrenlandiya adasında mümkün hərbi missiyanın hazırlanmasını müzakirə edirlər.
Məlumata əsasən, plan Qrenlandiyada NATO hərbçilərinin, döyüş gəmilərinin və hərbi təyyarələrin yerləşdirilməsini nəzərdə tutur. Məqsəd Arktikada təhlükəsizlik balansını gücləndirmək, regionda artan hərbi-siyasi rəqabət fonunda alyansın mövcudluğunu möhkəmləndirməkdir.
Nəşr qeyd edir ki, buzlaqların əriməsi ilə yeni dəniz və logistika marşrutlarının açılması Arktikanın strateji əhəmiyyətini kəskin şəkildə artırıb. Bu isə Qrenlandiyanı böyük güclər üçün əsas hərbi və geosiyasi dayaqlardan birinə çevirir.
Hələlik NATO daxilində yekun qərar qəbul olunmayıb. Lakin müzakirələrin məhz hərbi planlaşdırma səviyyəsində aparılması Qrenlandiya məsələsinin artıq nəzəri yox, praktik ssenari kimi dəyərləndirildiyini göstərir.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ