İnsanlara hürriyət, millətlərə istiqlal!

Araşdırma: işdə yanıb-tükənmənin fəsadları 7 ilə qədər davam edir

Musavat.com xəbər verir ki, Stokholm Universitetinin apardığı araşdırma peşəkar yanıb-tükənmə (burnout) sindromunun təsirlərinin uzunmüddətli olduğunu göstərib. Tədqiqata əsasən, bu diaqnozla müalicə alan şəxslər belə, sindromun nəticələrini təxminən yeddi il ərzində hiss etməyə davam edirlər.

Araşdırmada bildirilir ki, yanıb-tükənmə yalnız psixoloji vəziyyətə təsir etmir, eyni zamanda ailədaxili münasibətlərə və maliyyə durumuna da mənfi təsir göstərir. Belə ki, burnout yaşamış əməkdaşlar eyni vəzifədə çalışan həmkarları ilə müqayisədə orta hesabla 15 faiz daha az gəlir əldə edirlər.

Mütəxəssislər vurğulayır ki, bu sindromu bir dəfə yaşayan şəxslərdə yenidən yanıb-tükənmə riski yüksək olaraq qalır. Psixoloqlar işdə tükənməni yaxın insanın itkisi ilə müqayisə edir və bunu idealların, inamın və gələcəyə ümidin itirilməsi kimi dəyərləndirirlər.

Onların sözlərinə görə, problem vaxtında dərk olunub üzərində işlənməzsə, psixoloji travma 15–30 il davam edə bilər. Bu səbəbdən yanıb-tükənmə əlamətlərinin erkən mərhələdə tanınması və peşəkar dəstək alınması uzunmüddətli sosial və iqtisadi itkilərin qarşısını almaq baxımından vacib hesab olunur. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR