İnsanlara hürriyət, millətlərə istiqlal!

Araqçidən Səudiyyə Ərəbistanı ilə bağlı açıqlama: Zəmanət verdilər

İranın xarici işlər naziri Abbas Araqçi Səudiyyə Ərəbistanı ilə bağlı diqqət çəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, nazir Səudiyyə rəsmilərinin öz ərazilərinin İrana qarşı istifadə olunmasına icazə verməyəcəkləri barədə Tehrana zəmanət verdiyini bildirib.

Araqçi çıxışı zamanı regionda gərginliyin artmasına görə Vaşinqton və Tel-Əvivi məsuliyyətli hesab etdiklərini də vurğulayıb. Onun sözlərinə görə, ABŞ və İsrailin siyasəti bütün Yaxın Şərq üçün təhlükəli nəticələr yaradır.

“ABŞ və İsrailin təcavüzkar siyasəti bütün regionu təhlükə altına atıb. İran qonşularını düşmən hesab etmir, biz qonşularımızın dostuyuq. Regionda ABŞ hərbi bazalarının mövcudluğu yalnız etimadsızlıq yaradır. Bu müharibə regiona zorla qəbul etdirilib, lakin biz təcavüzkara ağır dərs verəcəyik”, – deyə İran XİN rəhbəri bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR