İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik qaçmağa, Ruben evakuasiyaya hazırlaşır: Rusiya isə erməni təxribatı planı qurur

Kremlin Azərbaycanın Qarabağ iqtisadi regionunda rus sülhməramlıların dislokasiya müddətini uzatmağa bəhanə qazanmaq üçün silahlı toqquşma ssenariləri hazırlamağa başladığı barədə məlumatlar mövcuddur... Araik Arutyunyan və Ruben Vardanyan tezliklə kəskin qarşıdurma vəziyyətində olduqları erməni silahlı qruplaşmalarının sui-qəsdinə uğraya biləcəklərindən narahatdırlar, Kremldən qaçış icazəsi almağa cəhd göstərirlər...

Azərbaycanın Qarabağ iqtisadi regionda olduqca önəmli və maraqlı proseslər cərəyan edir. Regiondakı erməni separatçı-terrorçular açıq-aşkar çarəsiz duruma düşüblər. Artıq bu vəziyyətdən çıxış yolunun olmadığını da hamıdan yaxşı bilirlər. Hər halda, son dövrlərdə erməni separatçı-terrorçuların "aclıq" və "blokada" manipulyasiyaları da onların işinə yaramır.

SON DƏQİQƏ! Araik Arutyunyan istefa verir | KONKRET

Məsələ ondadır ki, yalanın ömrü çox qısa olur. Erməni separatçı-terrorçuların yalanları da bir-birinin ardınca ifşa olunur. Beynəlxalq məkanda belə, bu yalanlar artıq tutarlı faktlarla təkzib edilir. Qərb mətbuatında son vaxtlar bu barədə erməni toplumunu məyus edə biləcək geniş materiallar dərc olunur. Və indi artıq erməni separatçı-terrorçuların mövcud situasiyanın şərtləri ilə barışmaqdan başqa çıxış yolu qalmayıb.

Onu da qeyd etmək lazımdır ki, indiyə qədər rəsmi Bakı erməni separatçılara iki dəfə reinteqrasiya problemlərini müzakirə etmək üçün görüş təklif etmişdi. Ancaq Araik Arutyunyan və onun terrorçu dəstəsi həmin təkliflərə müsbət cavab verməkdən yayınmışdı. Ola bilsin ki, rəsmi Bakının təklifləri erməni separatçı-terrorçularda yanlış qənaət yaradıb və hesab ediblər ki, Azərbaycan dövləti onların mənasız "kapriz"ləri ilə hesablaşmaq məcburiyyətində qalacaq.

Rəsmi Bakı: Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına  hazırdır

Ancaq sonrakı proseslər göstərdi ki, rəsmi Bakı erməni separatçı-terrorçulara manipulyasiya etmək şansı tanımaq niyyətindən çox-çox uzaqdır. Belə ki, rəsmi Bakı üçüncü dəfə hər hansı görüş təklifi irəli sürməyə həvəs göstərmədi. Əksinə, Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq, Qarabağ iqtisadi regionunun reinteqrasiya prosesini daha prinsipial addımlarla reallaşdırmaq qərarı verdi. Laçın postunun qurulmasından sonra bölgəyə tam nəzarət Azərbaycan sərhədçilərinin əlində cəmləşdi.

Təbii ki, rəsmi Bakının erməni terrorizminə qarşı prinsipial addımlar atması Araik Arutyunyan və onun quldur dəstəsinin üzvləri arasında panik durum yaratdı. Bu dəfə erməni separatçı-terrorçular Yevlaxda reinteqrasiya görüşünə razılaşdılar və sonradan həm Kremlin, həm də rəsmi İrəvanın müdaxiləsi onu pozdular. Halbuki, bu görüş rəsmi Bakıya deyil, məhz onların özlərinə daha çox lazım idi.

İndi isə erməni separatçı-terrorçular yenidən rəsmi Bakı ilə müzakirələrə can atırlar. Son məlumatlara görə, bu quldur tör-töküntüsü Azərbaycanın nəzarətində olmayan ərazidə görüşmək təklifi irəli sürürlər. Ancaq bu dəfə rəsmi Bakıdan istədikləri cavabı ala bilmirlər.

Qarabağda, Azərbaycan və Ermənistan sərhədində yeni sərhəd gərginliyi +  FOTO - İslam Dünyası Xəbərləri

Çünki rəsmi Bakı Azərbaycanın daxili məsələsini hər hansı kənar məkanda müzakirə etmək niyyətində deyil. Ona görə də, erməni separatçı-terrorçular rəsmi Bakı ilə müzakirələr üçün özləri hansısa şərt irəli sürmək cəhdindən imtina etməli olacaqlar. Və Azərbaycan dövlətinin şərtlərinə uyğun davranmaq məcburiyyətində qalacaqlar.

Ancaq onu da qeyd etmək lazımdır ki, indi zaman sürətlə keçir və bu, erməni separatçıların əleyhinədir. Belə davam edərsə, rəsmi Bakı üçün onlarla reinteqrasiya müzakirələri öz əhəmiyyətini tamamilə itirəcək. Azərbaycan Qarabağ regionu üzərində öz suveren hüquqlarını erməni separatçıların mövqeyini nəzərə almadan bərpa edəcək. Və bu halda, onları həbsxana həyatından heç nə xilas etməyəcək.

Məsələ ondadır ki, hazırda Qarabağ regionundan intensiv köç prosesinin başlandığı müşahidə olunur. Hər gün ermənilər Ermənistan istiqamətində demək olar ki, birtərəfli hərəkət edirlər. Ermənistana keçən ermənilərin əhəmiyyətli bir hissəsi sonradan geri qayıtmır. Üstünlük, son vaxtlar bölgəni tərk edənlər əsasən, Ermənistan və Rusiya vətəndaşlığı olan şəxslərdir. Və həmin şəxslərin Azərbaycan ərazisində yaşamaq hüquqları mövcud deyil.

Qarabağ regionunun - Baş Memarı Olacaq | FED.az

Ermənistan mətbuatının verdiyi məlumata görə, xarici ölkə pasportlarına malik olan ermənilər Xankəndi və ətraf bölgədə artıq özləri üçün hər hansı perspektiv görmürlər. Ona görə də, nə qədər ki, gec deyil, bölgəni tərk edərək, başqa ölkələrdə özlərinə yeni şərait qurmağa üstünlük verirlər. Və bu, o deməkdir ki, son vaxtlara qədər Rusiyanın Azərbaycanın Qarabağ iqtisadi regionunda pasport paylaşma ən əməliyyatı da iflasa uğramaq üzrədir.

Onu da qeyd edək ki, bütün bu baş verənlərin kifayət qədər ciddi səbəbləri mövcuddur. Üstəlik, bu səbəblərin Laçın postunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Çünki nə qədər gizlətməyə çalışsalar da, artıq hər kəsə məlumdur ki, Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsi Qarabağın erməni azlığını ağır təzyiqlər altında saxlayır. Hətta Ermənistan mətbuatında Araik Arutyunyan və onun quldur dəstəsinin ərzaq mallarını gizlədərək, sonradan erməni əhaliyə daha baha qiymətə satırdığı barədə məlumatlar dərc olunur.

Azərbaycan tərəfində Xankəndi barədə dəqiq məlumatlar var | Kaspi.az

Belə anlaşılır ki, Araik Arutyunyan və onun terrorçuları Qarabağın erməni azlığını öz şəxsi maraqları üçün demək olar, girova çevirib. Son vaxtlar erməni azlığı arasında Araik Arutyunyan və onun separatçı-terrorçularına qarşı narazılığın artması barədə məlumatlar da bunu təsdiqləyir. Və Araik Arutyunyanın cinayət fəaliyyəti üçün istifadə etdiyi binaya silahlı basqının törədilməsi də situasiyanın nəzarətdən çıxmaq üzrə olduğunu göstərir.

Məsələ ondadır ki, silahlı basqını törədənlər Araik Arutyunyanı açıq şəkildə mövcud problemləri həll edə bilməməkdə, həyat şəraitini məqsədyönlü olaraq, ağırlaşdırmaqda suçlayıblar. Bu baxımdan, erməni separatçı-terrorçuların Qarabağ regionunda uzun müddət duruş gətirə biləcəkləri də artıq qətiyyən inandırıcı görünmür. Onların arasında müşahidə olunan qarşıdurma da belə düşünməyə əsas verir.

Maraqlıdır ki, bəzi erməni mənbələrinin iddialarına görə, ailəsini bölgədən artıq çıxartmış Araik Arutyunyan indi özü evakuasiya olunmaq barədə düşünür. Halbuki, Paşinyan hakimiyyətinin və Kremlin hələlik ona bunun üçün razılıq vermədiyi bildirilir. Onun qaçmağa hazırlaşması isə digər erməni terrorçularla qarşıdurmanı dərinləşdirir. Belə ki, Kremlin "təxribat emissarı" Ruben Vardanyanın bölgədə baş verə biləcək hadisələrə görə bütün məsuliyyətin məhz Araik Arutyunyanın üzərində qalmasında maraqlı olduğu bildirilir.

Kreml: Ermənistan KTMT-də qalacaq

Digər tərəfdən, hərbi cinayətkar Samvel Babayanın da öz şəxsi maraqları olduğu vurğulanır. İddialara görə, hazırda Samvel Babayan intensiv şəkildə Azərbaycanın rəsmi dairələri ilə birbaşa kontakt imkanları axtarır. Onun Araik Arutyunyandan rəsmi Bakı ilə mümkün qədər tez bir zamanda anlaşmasını tələb etdiyi də bildirilir. Və bu səbəbdən də, Samvel Babayan xəyanətkar kimi təqdim olunur.

Təbii ki, Ruben Vardanyan da artıq Qarabağdan qaçmağın vaxtı çatdığını anlayır. Bəzi iddialara görə, o, öz rus himayədarlarından bölgədən çıxmaq şansı tələb edir. Ancaq hələlik Ruben Vardanyana belə bir şans tanımaq barədə demək olar ki, düşünmürlər. Və bunun erməni fırıldaqçı-milyarderi ciddi şəkildə narahat etdiyi, hətta son vaxtlar qorxuya saldığı bildirilir.

Ruben Vardanyan (politician) - Wikipedia

Məsələ ondadır ki, Rusiyanın Qarabağda növbəti erməni təxribatına ciddi şəkildə hazırlaşdığı barədə də məlumatlar mövcuddur. Həmin məlumatlara görə, Kremlin Rusiya pasportları olan erməniləri bölgədən çıxartmağa başlaması da təxribat planlarına daxildir. Son vaxtlar rus sülhməramlılar tərəfindən qeyri-qanuni silahlı erməni terror dəstələrinin döyüş mövqelərinin möhkəmləndirilməsi də Kremlin məkrli planlarından xəbər verir. Və Kremlin rus sülhməramlıların bölgədə uzun müddət qalmasına bəhanə yaratmaq üçün erməni terrorçuları açıq silahlı toqquşmalara sövq edə biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Cenubi Qafqazin geopolitik irade sahibi olan lider dovleti Azerbaycandir”​ -

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR