Onlayn ictimai-siyasi qəzet
Amerika süni intellekt (Sİ) texnologiya şirkəti Anthropic Pentaqona süni intellekt modelinə tam giriş imkanı verməkdən imtina edib.
Musavat.com xəbər verir ki, məlumatı şirkətin baş direktoru Dario Amodei açıqlayıb. O bildirib ki, buna səbəb şirkətin öz məhsullarının ABŞ vətəndaşlarının "kütləvi izlənməsi" və ya tam muxtar silahların hazırlanması üçün istifadə edilməsini istəməməsidir: "Pentaqonun təhdidləri mövqeyimizi dəyişməyimizə səbəb olmayıb: biz vicdanla onların tələbləri ilə razılaşa bilmərik. Fikirləri Pentaqonun fikirləri ilə ən çox uyğun gələn podratçıların seçilməsi nazirliyin səlahiyyətidir. Lakin Anthropic texnologiyalarının silahlı qüvvələrimiz üçün nə qədər dəyərli olduğunu nəzərə alsaq, ümid edirik ki, onlar (Müdafiə Nazirliyi - red.) möpvqelərini yenidən nəzərdən keçirəcəklər".
Şirkət hesab edir ki, Amerika vətəndaşlarının "kütləvi izlənməsi üçün Sİ sistemlərindən istifadə" "demokratik dəyərlərlə uyğun deyil". İnsan operatorunun icazəsi olmadan atəş aça biləcək tam muxtar silahlara gəldikdə, Anthropic şirkətinin baş direktoru əmindir ki, "süni intellektə bu dərəcədə güvənmək" mümkün deyil: "Biz bilərəkdən Amerika hərbi qulluqçularının və mülki şəxslərin həyatını təhlükəyə atan məhsullar təqdim etməyəcəyik".
Daha əvvəl Axios xəbər vermişdi ki, Pentaqon rəhbərii Pit Heqset Anthropic şirkətinə cümə axşamına qədər orduya süni intellekt modelinə məhdudiyyətsiz giriş imkanı vermək üçün vaxt verib. Əks təqdirdə, Müdafiə Nazirliyi ya Anthropic ilə tərəfdaşlığını dayandırmaqla, ya da federal hakimiyyət orqanlarına özəl şirkətlərin məhsullarının istehsalına və paylanmasına birbaşa müdaxilə etməyə imkan verən 1950-ci il Müdafiə İstehsalı Qanununu tətbiq etməklə hədələyib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ