İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankaradan Daşkəndə TARİXİ SƏFƏRƏ BAXIŞ

“Sevgi gözdədir. Bir-birimizi gördükcə sevgi artar”.

Bu dəyərli sözlər qardaş Özbəkistanın Prezidenti, hörmətli Şavkat Mirziyoyevə məxsusdur.

Can Azərbaycanımızın Prezidenti, hörmətli İlham Əliyev və Birinci vitse-prezident, hörmətli Mehriban Əliyeva Özbəkistana tarixi səfər həyata keçirdilər. Qardaş Özbəkistanın Prezidenti və onun hörmətli xanımı əziz qonaqlarını yüksək səviyyədə qarşıladılar.

rwpBNABu0wMt21pQhfc9vlwJVTsvxuDXqAGIvvmh_1200.jpg (87 KB)

Bu tarixi səfər öz mayasını cənab Prezidentin 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində səsləndirdiyi “Mənim ailəm Türk dünyasıdır. Başqa ailəm yoxdur” sözlərindən, eləcə də onun qardaş türk dövlətləri ilə münasibətlərə verdiyi böyük önəmdən alır.

Bu tarixi səfər münasibətilə Daşkənd böyük diqqət mərkəzinə çevrilib.

Qardaş Özbəkistanımızın hörmətli Prezidenti cənab Şavkat Mirziyoyevin prezident seçilməsindən sonra, xüsusilə 2018-ci ildən etibarən Özbəkistanın türk dövlətləri ilə münasibətləri yeni və mühüm strateji ölçü qazanıb.

Cənab Mirziyoyev Türk Dövlətləri Təşkilatına da böyük önəm verir.

tjfagWa21YmdKoYQsZesilfCuO6kzLy5llRADV01_1200.jpg (102 KB)

Bəzən ölkələr arasındakı münasibətlərdə baş verən dəyişikliklər rəsmi şəkildə elan olunduğu anda deyil, bir neçə ildən sonra geriyə baxarkən və nə qədər çox şeyin dəyişdiyini görəndə daha aydın nəzərə çarpır.

Azərbaycandakı diplomatik fəaliyyət illərimi xatırlayanda bunu tez-tez düşünürəm. Bu gün Ankarada olarkən Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana həyata keçirdiyi dövlət səfərini, eləcə də Özbəkistanın son on ildə regional siyasətdəki mövqeyinin necə dəyişdiyini xüsusi diqqətlə izləyirəm.

Xl5GoHXoMAcF9iBSsxfbr6Ja7rifUmCxnQN7AMff_1200.jpg (70 KB)

Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışdığım dövrdə Özbəkistan Bakıda, əlbəttə, hər zaman böyük tarixi, mədəni və insani potensiala malik qardaş ölkə kimi qəbul edilirdi. Lakin həmin dövrdə ikitərəfli münasibətlərin daşıdığı imkanlarla bağlı qiymətləndirmələrimiz bu gün gördüyümüz mənzərədən xeyli fərqlənirdi.

 

Son on ildə Özbəkistan, həqiqətən, böyük dəyişiklik yolu keçib. Bu dəyişiklik xüsusilə son illərdə daha aydın görünməyə başlayıb. Ölkə dünyaya açılıb, qonşuları və türk dövlətləri ilə münasibətlərini gücləndirib, regional proseslərdə daha fəal iştirak etməyə başlayıb. Bu gün Daşkənd Bakı üçün yalnız tarixi yaxınlığın mövcud olduğu bir paytaxt deyil, eyni zamanda son dərəcə mühüm siyasi və iqtisadi tərəfdaşdır.

Məncə, bu, son illərin ən diqqətçəkən nəticələrindən biridir.

Bu gün Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub. Qardaşlıq ifadələrinin arxasında artıq konkret layihələr, artan ticarət dövriyyəsi, sərmayələr, regionlararası əməkdaşlıq, işgüzar dairələr arasında əlaqələr və yeni nəqliyyat imkanları dayanır.

lJu3cv8tVZ26d6Jb4bhtakG1ow65X5FJPgzCYEgI_1200.jpg (165 KB)

Məhz buna görə də Prezident İlham Əliyevin Daşkəndə həyata keçirdiyi səfər xüsusi əhəmiyyət daşıyır. Bu, artıq sadəcə yaxşı münasibətlərin təsdiqlənməsi məqsədilə həyata keçirilən səfər deyil. Bu səfər münasibətlərin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Yüksək Səviyyəli Dövlətlərarası Şuranın üçüncü iclası, iki ölkə liderinin görüşləri, yeni sazişlər, iqtisadi və humanitar layihələr Bakı ilə Daşkəndin əməkdaşlığı daha da inkişaf etdirməyə nə qədər ciddi yanaşdığını göstərir.

Mən xüsusilə nəqliyyat və tranzit sahələrinə böyük əhəmiyyət verirəm. Müasir dövrdə coğrafiya yenidən dünya siyasətinin və iqtisadiyyatının ən mühüm müəyyənləşdirici amillərindən birinə çevrilir. Azərbaycan Cənubi Qafqazda strateji mövqeyə malik olduğu halda, Özbəkistan Mərkəzi Asiyanın əsas mərkəzlərindən biridir. Bu iki ölkənin sahib olduğu imkanların bir-birinə bağlanması bir neçə il əvvəl daha uzaq görünən yeni perspektivlərin önünü açır.

uHcaDPy7gexvQbwtZ5JHJHitzb2kBsEIredHEqF9_1200.jpg (174 KB)

Burada Türkiyənin rolunu xüsusi vurğulamaq istəyirəm.

Bu gün Ankaradan baxdıqda Türkiyə, Azərbaycan və Özbəkistan arasındakı yaxınlaşmanın nə qədər təbii olduğu daha aydın görünür. Bu, süni şəkildə yaradılmış bir struktur deyil. Bizi tarix, mədəniyyət, dil, insani əlaqələr və daha da önəmlisi, getdikcə üst-üstə düşən iqtisadi və strateji maraqlar bir-birimizə bağlayır.

Türkiyə–Azərbaycan–Özbəkistan üçtərəfli formatı tədricən konkret əməkdaşlıq baxımından mühüm mexanizmə çevrilir. Ticarət, sərmayələr, nəqliyyat, logistika, Orta Dəhliz, enerji, rəqəmsal texnologiyalar və regionlararası əməkdaşlıq bu mexanizm üçün son dərəcə möhkəm təməl yaradır.

 

Uzun illər Azərbaycanda çalışmış türk diplomatı kimi bu prosesi xüsusi maraq və duyğu ilə izləyirəm. Türkiyə hər zaman Azərbaycanın yanında olub. Bu gün isə Ankara ilə Daşkənd arasındakı münasibətlərin də getdikcə daha strateji xarakter aldığını görürük. Bu iki xəttin birləşməsi ilə qarşımızda tamamilə yeni imkanlara açılan geniş bir məkan yaranır.

YoDVuknFLqgsyv5kY0DnnOJR6rQUkMGQNqaQBoiv_1200.jpg (118 KB)

Hazırkı səfərin mənim üçün xüsusi məna daşıyan başqa bir istiqaməti də var. Bu, Prezident İlham Əliyevin Buxaraya da səfər etməsidir. Türk dünyasının tarixini bilən hər kəs üçün Buxara yalnız qədim şəhər deyil. Bura xalqlarımızın ortaq tarixi yaddaşına mənsub böyük alimlər, mütəfəkkirlər və mədəni ənənələrlə özünəməxsus şəkildə bağlı olan bir mərkəzdir.

Buna görə də bu səfər dərin rəmzi məna daşıyır. Bu gün Bakıdan Daşkəndə yalnız bir dövlət başçısı getmir. Müəyyən mənada, eyni böyük tarixi və mədəni coğrafiyanın iki parçası bir-biri ilə görüşür.

Azərbaycandakı fəaliyyət illərim ərzində Azərbaycan cəmiyyəti üçün qardaş dövlətlərlə münasibətlərin nə qədər mühüm olduğunu yaxından görmüşəm. Bu gün Özbəkistanla Azərbaycan arasındakı münasibətlərin tamamilə yeni dinamizm qazanması, həqiqətən, böyük məmnunluq doğurur.

Bəlkə də ən mühüm dəyişiklik məhz bundadır: keçmişdə münasibətlərin potensialından daha çox danışırdıq, bu gün isə artıq konkret nəticələri və qarşımızda dayanan yeni hədəfləri müzakirə edirik.

Prezident İlham Əliyevin Özbəkistana səfərinin bu prosesə yeni təkan verəcəyinə inanıram.

aa7a85c6544764f3b57fa86ff98b0014.jpg (76 KB)

Bundan başqa, səfər zamanı imzalanan “Əbədi qardaşlıq haqqında” Müqavilə bu tarixi səfəri taclandırır. Həmin tarixi müqavilə iki qardaş xalqı bir-birinə daha da yaxınlaşdıracaq və gələcək əsrlərə uzanan yol xəritəsi olacaq.

 





Bu gün Ankarada olan bir şəxs kimi Bakı ilə Daşkəndin getdikcə bir-birinə daha da yaxınlaşdığını, Türkiyənin də onlarla birlikdə daha güclü əməkdaşlıq məkanı yaratdığını görmək mənim üçün xüsusi əhəmiyyət daşıyır.

Bu, yalnız üç ölkə üçün deyil, bütün Türk dünyası üçün müsbət bir işarədir.

İnanıram ki, Türkiyə, Azərbaycan və Özbəkistan arasındakı yaxınlaşmanın ən gözəl günləri hələ qarşıdadır.

Yaşasın qardaşlığımız!

Yaşasın birliyimiz!

Nə mutlu türkəm deyənə!

HULUSİ.jpg (167 KB)

Hulusi Kılıç
Türkiyənin Azərbaycandakı sabiq səfiri
İMZA İctimai Birliyinin Türkiyə təmsilçisi
Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Qəyyumlar Şurasının üzvü
Türk dünyası üzrə ekspert

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR