İnsanlara hürriyət, millətlərə istiqlal!

“Amay”da öldürülən şəxs iş adamı imiş

İyulun 30-da Xətai rayonunda bıçaqlanaraq öldürülən Orxan Yusubov iş adamı olub.

1991-ci il təvəllüdlü O.Yusubov Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində qətlə yetirilib.

O, “Seaside estate” şirkətinin rəhbəri olub.

Mərhumun qardaşı Elcan Yusubovun verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalov onun qardaşının keçmiş işçisi imiş. Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə “Sabir Əmlak” adlı şirkətini qurub./Unikal

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR