İnsanlara hürriyət, millətlərə istiqlal!

Allahşükür Paşazadə Rövşən Muradovla GÖRÜŞDÜ

Fevralın 20-də Qafqaz Müsəlmanları İdarəsində Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov arasında görüş keçirilib.

Musavat.com xəbər verir ki, görüşdə Bütün Qafqazın Şeyxinə Nizami Gəncəvi Mərkəzinin əsas istiqamətləri hər il keçirilən Qlobal Bakı Forumu barədə geniş məlumat verilib.

O da vurğulanıb ki, bu ilin 12-14 mart tarixlərində keçirilməsi planlaşdırılan XIII Qlobal Bakı Forumunda hər il olduğunu kimi bu il də bir sıra dövlət və hökumət başçıları, BMT qurumlarının rəhbərləri, dünyamiqyaslı ictimai siyasi xadimlər də daxil olmaqla ümumilikdə 450 qonağın iştirakı gözlənilir.

Mərkəzin fəaliyyətini yüksək qiymətləndirən Hacı Allahşükür Paşazadə bu gün dünyada mədəniyyətlərarası dialoq, tolerantlığın təşviq edilməsinin vacibliyini qeyd edib.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Memorrindumun əsas istiqmaətlərində Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi - Sülh quruculuğu və münaqişələrin qarşısının alınması üzrə əməkdaşlıq - Dini tolerantlıq və qarşılıqlı hörmət üzrə birgə təşəbbüslər - Ekstremizm və radikalizmə qarşı mübarizədə iştirak, humanitar və sosial rifah fəaliyyətlərinə dəstək və digər məsələlər öz əksini tapıb. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR