Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Alim Qasımovun ad günüdür.
Musavat.com xəbər verir ki, xanəndə bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Qasımov paylaşımında həyatın sınaqlar, çətinliklər və səbrdən ibarət uzun yol olduğunu vurğulayıb:
“Ömrün... Həyat Rəbbin bizim üçün yazdığı uzun yoldan ibarət ömür payıdır. Bu yol çətinliklər, sınaqlar, keçməkeşli anlar, xoşbəxtliyə gedən inam və səbrdən ibarətdir. İnsana verilən ən böyük mükafat isə haqq yolunda ömrünü davam etməyi bacarmaqdır.
Rəbbimə şükürlər olsun, onun haqq və ədalətli bildiyi ömür yolunda həyat sürmək qismət oldu. Qəlbində mərhəmət və təmənnasız xeyirxahlıq olan insanların sevgisini qazanmaq bu ömür yolunda mənim üçün xoşbəxtliyin təməli oldu.
Rəbbim geridə qalan ömür yolunda ətalətli, qəlbində mərhəmət, sevgi olan, insani keyfiyyətləri üstün bilən insanlarla qarşılaşmağı, sağlam ömür sürməyi və həmd edəcəyimiz günləri yaşamağı bizə nəsib etsin”.
Könül
Musavat.com
14 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ