İnsanlara hürriyət, millətlərə istiqlal!

Albanlar Trampın kürəkəninə etirazı davam etdirir


May ayının sonunda Albaniyada “Affinity Partners” investisiya şirkəti tərəfindən inkişaf etdirilən 1,4 milyard avro (1,6 milyard dollar) dəyərində lüks kurort tikintisinə qarşı etirazlar başlayıb.

Musavat.com xarici mediaya istinada zəbər verir ki, şirkət ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə məxsusdur.

Kurortun Albaniyanın Adriatik dənizi sahilində, ölkənin cənubundakı Vjosa-Narta qoruğunun yaxınlığında - flaminqoların, suitilərin və dəniz tısbağalarının yaşadığı bataqlıq ərazidə tikintisi planlaşdırılır. Ətraf mühit müdafiəçiləri layihənin yüzlərlə hektar təmiz çimərliyə və hər il orada yuva quran və ətraf ərazilərdən uçan minlərlə flaminqoya zərər verəcəyini iddia edirlər.

Etirazlar gələcək kurortun ərazisində tikinti texnikası peyda olduqdan sonra başlayıb. Etirazçılar əllərində çəhrayı şişmə flaminqo fiqurları və layihənin dayandırılmasını tələb edən plakatlar tutaraq Tiranadakı hökumət binasının qarşısında toplaşıblar. Etirazçılar həmçinin Albaniyanın baş naziri Edi Ramanı istefa verməyə çağırıblar və "Albaniya satılmır!" şüarları səsləndiriblər.

“Albanian Daily News” və “Balkan Web”-in məlumatına görə, doqquzuncu etiraz 7 iyunda Tiranada baş tutub. Təşkilatçılar 10 iyunda ölkə daxilində genişmiqyaslı nümayiş keçirilməsinə çağırırlar.

Albaniya hakimiyyəti layihəni dəstəkləyir. Lakin Rama qeyd edib ki, kurortun ekoloji qiymətləndirilməsi hələ başa çatmayıb. "Məqsəd flaminqoların başlarını betonla örtmək deyil. Məqsəd inkişafın və təbiətin yalnız birlikdə mövcud ola bilməyəcəyini, həm də təbiətin və inkişafın bir-birinə ehtiyac duyduğunu sübut etməkdir", - deyə o bildirib.

Tənqidçilər öz növbəsində baş naziri Donald Trampın rəğbətini qazanmağa çalışmaqda günahlandırırlar.

Ötən həftə Albaniyanın korrupsiyaya qarşı mübarizə prokurorluğu (SPAK) kurort layihəsi ilə bağlı araşdırmaya başlayıb. Xüsusilə, prokurorlar 2024-cü ildə Vjosa-Narta ərazisinin qorunan statusunda turizmin inkişafına yol açan dəyişiklikləri araşdırırlar.

Cared Kuşner 2024-cü ildə Albaniyada kurort tikintisinə investisiya qoymaq planlarını açıqlayıb və 2026-cı ilin əvvəlində həyat yoldaşı İvanka ilə birlikdə əraziyə baş çəkib. “Affinity Partners” şirkəti Serbiyada böyük bir layihə inkişaf etdirməyi planlaşdırsa da, yerli sakinlərin etirazlarından sonra bundan imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR