İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif İslamzadənin SON VƏZİYYƏTİ AÇIQLANDI

"Atamın vəziyyəti yaxşıdır, artıq özü durub gəzə bilir".

Musavat.com xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Akif İslamzadənin oğlu Ayxan İslamzadə deyib.

O qeyd edib ki, evə nə zaman buraxılacağı ilə bağlı həkimlər bu gün qərar verəcəklər. Dominos pizza

"Həkimlər əllərindən gələni edirlər. Özüm gündə iki dəfə yanında oluram - həm səhər, həm axşam. Bu gün də özü durub gəzir. Çox güman ki, bu gün axşam, yaxud sabah Akif müəllim evə qayıdacaq", - deyə A.İslamzadə bildirib.

Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR