İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəfiqə Məmmədova sədr seçildi - VİDEO

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrliyinə seçki konfransı keçirilir.

Musavat.com xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan konfransda Xalq artisti Şəfiqə Məmmədova yekdilliklə sədr seçilib.

***

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrliyinə seçki konfransı keçirilir.

Musavat.com xəbər verir ki, seçki konfransı Nizami Kino Mərkəzində baş tutur.

Məlumata görə, hələlik yalnız AKİ-nin sədr səlahiyyətlərini müvəqqəti icra edən, İttifaqın birinci katibi, Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyi məlumdur.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Konfrans iştirakçıları yetərsay olmadığından həmin konfrans və onun nəticəsi qeydə alınmayıb. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir. Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini də vurğulayıb, sədrliyə namizədliyini geri çəkib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR