Onlayn ictimai-siyasi qəzet
HITMAKER Murad Arif yeni “Nə əcəb səndən” sinqlını təqdim edib.
Musavat.com xəbər verir ki, sözləri və musiqisi Rafael Maleoya məxsus olan mahnı üçün klassik videoklipdən fərqli olaraq, bəstənin ovqatını və emosional ruhunu ön plana çıxaran xüsusi visualizer hazırlanıb.
Dəniz mənzərələri və sadə, estetik kadrlarla müşayiət olunan videonun müəllifi isə məşhur klipmeyker Fərhad Əlidir.
Mahnının aranjemanı Tərlan Məmmədli, miks və masterinqi Emin Stxa, vokal prodüserliyi isə İsmayıl Əsədov tərəfindən həyata keçirilib.
“Nə əcəb səndən” artıq yutub və bütün rəqəmsal musiqi platformalarında dinləyicilərin ixtiyarındadır.
Könül
Musavat.com
19 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ