İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryanın adamından Paşinyana edam eyhamı

Ermənistanın revanşist siyasi düşərgəsində ritorika daha da sərtləşib. Keçmiş prezident Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan baş nazir Nikol Paşinyana cavab verərkən Mussolininin edamını xatırladıb.

Musavat.com xəbər verir ki, Mikoyanın sərt açıqlaması Paşinyanın Köçəryanın səhhəti ilə bağlı söylədiyi fikirlərə cavab olaraq yayılıb.

Köçəryanın ofis rəhbəri keçmiş prezidentin bir müddət əvvəl tibbi müdaxilə keçirdiyini təsdiqləyib. O bildirib ki, Köçəryan bunun həbs-qətimkan tədbirinin yumşaldılması üçün əsas kimi istifadə edilməsini özü istəməyib.

Mikoyan məhkəmə iclasının bir gün təxirə salınmasını isə həkimlərin göstərişi ilə əlaqələndirib.

Ardınca Köçəryanın nümayəndəsi Paşinyana qarşı açıq təhdid çalarları daşıyan ifadələr işlədib: “O, sağlamdır və mütləq kiminsə siyasi aqoniyasının mənzərəsini görəcək”.

Mikoyan bununla da kifayətlənməyərək Paşinyana Benito Mussolininin taleyini xatırladan eyham vurub. O, bəzi rəhbərlərin pensiya yaşına çatdığını və turnikdə mürəkkəb hərəkətlər edə bildiyini, digərlərinin isə “xalq tərəfindən turnikdən asıldığı üçün” həmin yaşa çatmadığını söyləyib.

Köçəryanın nümayəndəsi eyhamının kimə və nəyə aid olduğuna şübhə yeri qoymamaq üçün ayrıca Mussolininin şəklinə baxmağı məsləhət görüb:

“Mussolininin şəkli internetdə var, baxmaq olar: o, turnikə bənzər bir şeydən asılıb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR