İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Ermənistan hökumətinə dəstəyini davam etdirəcək

Avropa İttifaqı Ermənistan hökumətinin proqramlarının irəliləməsinə dəstək verməyə davam edəcək.

Musavat.com xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyanla Aİ prezidenti arasında görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda baş tutub.

Bəyanatda deyilir: "Paşinyan Aİ-nin Ermənistanın iqtisadi şaxələndirilməsi prosesinə və bu məqsədlə qəbul edilən qərarlara dəstəyinin vacibliyini vurğulayıb. O, həmçinin Aİ-nin ölkədə demokratik islahatların effektiv şəkildə həyata keçirilməsinə verdiyi dəstəyi qeyd edib".

Aİ prezidenti qeyd edib ki, "Aİ Ermənistan hökumətinin proqramlarının irəliləməsinə və müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dəstək verməyə davam edəcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR