İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdən sərt mesaj: Kubaya neft satan ABŞ-la ticarətdə itirəcək

ABŞ prezidenti Donald Tramp Kubaya neft tədarük edən ölkələrdən idxal olunan məhsullara qarşı gömrük rüsumlarının tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. Bu addım Vaşinqtonun Havana rejiminə qarşı təzyiq siyasətində yeni və daha sərt mərhələ kimi qiymətləndirilir.

Musavat.com xəbər verir ki, Ağ Evin açıqlamasında bildirilir ki, sənəd Kubaya “neft satan və ya hər hansı formada neftlə təmin edən” dövlətləri hədəfə alır. Həmin ölkələrdən ABŞ bazarına daxil olan mallar əlavə rüsumlarla üzləşə bilər.

Qeyd olunur ki, qərar dərhal bütün ölkələrə şamil edilən avtomatik sanksiya xarakteri daşımır. İlkin mərhələdə Kubaya neft tədarük edən dövlətlərin siyahısı və tətbiq olunacaq rüsumların konkret dərəcələri müəyyənləşdiriləcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR