İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev bal zalına görə Ali Məhkəməyə müraciət etdi

Donald Tramp administrasiyası Ağ Evin bal salonunun tikintisi ilə bağlı aşağı məhkəmənin qərarını ləğv etmək üçün Ali Məhkəməyə ərizə təqdim edib.

Musavat.com xəbər verir ki, ərizəni "Baş prokuror Milli Park Xidməti və digər ərizəçilər adından Kolumbiya Dairə Məhkəməsinin qərarının ləğv olunması üçün"verir.

Xatırladaq ki, avqustun 7-də ABŞ apelyasiya məhkəməsinin qərarı Tramp administrasiyasına Konqresin təsdiqi olmadan bal zalını tikməyi qadağan edib. Məhkəmə Trampa Ali Məhkəməyə müraciət etməsi üçün 2 həftə vaxt verib. Bu müddətdə bal zalının tikinti işləri tam dayandırılıb.

Qeyd edək ki, bal zalının ilkin layihəsində tikintinin 300 milyon dollara başa gələcəyi və özəl mənbələrdən maliyyələşdiriləcəyi nəzərdə tutulsa da, son hesablamalarda məbləğinm 900 milyon dollara yaxınlaşdığı aydın olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR