İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağ bayraq qaldırın” – Tramp Tehrana ultimatum verdi

ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Tramp İranı faktiki olaraq kapitulyasiyaya çağırıb.

O bildirib ki, Vaşinqton artıq əvvəlki kimi davranmayacaq: Biz artıq belə oynamırıq. Biz köhnə üsulla hərəkət edirik.

ABŞ prezidenti əlavə edib ki, Tehran “ağ bayraq qaldırmalıdır”: Onlar çox qürurludurlar, bəlkə də ağ bayraq görməyəcəksiniz, amma əslində artıq... onlara lazımdır – ağ bayraq, təslim bayrağı qaldırsınlar.

Bundan əvvəl Tramp İranın mümkün atəşkəs pozuntusu ilə bağlı suala da qeyri-müəyyən cavab verib. Onun sözlərinə görə, belə bir hal baş verərsə, bunu özü açıqlayacaq və Tehran “nə etməməli olduğunu yaxşı bilir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR