Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun baş qərargahında keçiriləcək tədbirlərdə iştirak məqsədilə Paris şəhərinə səfər edib.
Səfər çərçivəsində UNESCO-nun Baş direktoru Xalid Əl-Ənani, UNESCO İcraiyyə Şurasının sədri Nasser bin Həməd Al Hinzab, UNESCO-nun 43-cü baş konfransının prezidenti Khondker M. Talha və təşkilatın rəhbər şəxsləri ilə görüşlər nəzərdə tutulur.
Nümayəndə heyəti həmçinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş məlumat sessiyasında və UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Tərəf Dövlətlərinin Baş Assambleyasının 11-ci sessiyasında iştirak edəcək.
Səfər çərçivəsində Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri, mədəni irsin qorunması və beynəlxalq mədəni-humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ