Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın baş naziri İrakli Kobaxidze Tiflisin Vaşinqtonla strateji tərəfdaşlığa hazır olduğunu bildirib.
Musavat.com NG-yə istinadla xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfər etmək, lakin Gürcüstana getməmək qərarı Tiflisdə bir çoxları üçün xoşagəlməz xəbər olub. Hakim “Gürcü arzusu” partiyası bunun ciddi məsələ olmadığını və respublikanın "Tramp yolu"nun açılışından sonra belə Qərb üçün logistika əhəmiyyətini itirməyəcəyini iddia edir. Lakin hakim partiya ABŞ ilə strateji tərəfdaşlığa qayıda bilmədiyini boynuna alır.
İrakli Kobaxidze bu barədə danışaraq deyib: "Qərar onlarındır. Təəssüf ki, Bayden administrasiyası tərəfindən yaradılan Gürcüstan-Amerika münasibətləri konteksti çətindir. Münasibətlərimizin bu fonda necə inkişaf edəcəyini görəcəyik. Biz səbirlə gözləyirik və ABŞ ilə strateji tərəfdaşlığa hazır olduğumuzu bəyan edirik".
Kobaxidzenin sözlərinə görə, iki dövlət arasında dialoqa amerikalı insan haqları fəalları dialoqa mane olurlar.
Nigar Həsənli, Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ