İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Rusiya hərbi büdcələri arasında inanılmaz fərq - rəqəmlər danışır...

Donald Tramp ABŞ-nin 2027-ci il üçün hərbi büdcəsinin 1,5 trilyon dollara qaldırılacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumatı prezident Donald Tramp "Truth Social" hesabında yazıb. O, qərarın ölkənin müdafiə qabiliyyətini gücləndirmək və müasir silahlı qüvvələr yaratmaq məqsədi daşıdığını qeyd edib. Trampın sözlərinə görə, ölkənin 2027-ci il hərbi büdcəsini 1 trilyon dollardan 1,5 trilyon dollara qaldırmaq qərarına gəlib: "Senatorlar, nümayəndələr, katiblər və digər siyasi liderlərlə uzun və çətin danışıqlardan sonra qərara gəldim ki, ölkəmizin rifahı naminə, xüsusən də bu çox qarışıq və təhlükəli dövrlərdə 2027-ci il hərbi büdcəmiz 1 trilyon dollar yox, 1,5 trilyon dollar olmalıdır. Əlavə vəsait "arzuların ordusu"nu qurmağa və ABŞ-ın hər hansı bir təhdiddən müdafiəsini təmin etməyə imkan verəcək. Xərclərin artırılması milli təhlükəsizliyi gücləndirməyə və Amerikanın qlobal liderliyini qorumağa yönəlib”.

Musavat.com xəbər xerir ki, 2026-cı maliyyə ili (1 oktyabr 2025-30 sentyabr 2026) üçün ABŞ-ın hərbi büdcəsi təxminən 901-925 milyard ollar aralığında müəyyən edilib. Növbəti maliyyə ili üçün isə rəqəmin 1 trilyon olacağı elan edilmişdi. Prezident Trampın son açıqlamasından isə məlum oldu ki, o, fikrini dəyişib və hərbi büdcəni birdən-birə 50 faizdən çox artırmaq qərarına gəlib.

Donald Tramın ölkəsinin hərbi büdcəsini 50 faiz artırması Rusiya hərbi büdcəsi ilə ABŞ hərbi büdcəsi arasında fərq daha da böyüyəcək. 2026-cı maliyyə ili üçün Rusiya Federasiyasının hərbi büdcəsi 12.9 trilyon rubl nəzərdə tutulub. Bu, dollarla təxminən 150 – 165 milyard civarındadır (valyuta məzənnəsindən asılı olaraq). Müdafiə ilə birlikdə “Milli Təhlükəsizlik” (polis, Milli Qvardiya, xüsusi xidmətlər və s.) xərclərini də nəzərə alsaq, 2026-cı il üçün ümumi Rusiyanın təhlükəsizlik-müdafiə xərcləri təxminən 16.8 trilyon rubl-valyuta məzənnəsindən asılı olaraq təqribən 168-185 milyard dollardır.

Rusiyanın 2027-ci il üçün hərbi büdcəsində artım olmayacağını, olacağı halda isə cüzi rəqəm təşkil edəcəyini indidən Rusiya mediası və ekspertləri proqnozlaşdırırlar.

Beləliklə, elementar müqayisə Rusiya hərbi-təhlükəsizlik büdcəsinin ABŞ-nin hərbi büdcəsindən 5 dəfədən az olduğunu göstərir. ABŞ-nin 2027-ci il hərbi büdcəsini 1,5 trilyon dollara çatdırılması isə Rusiya hərbi büdcəsi arasında fərqi 7,5 dəfəyə yüksəltmiş olacaq. Bu isə qlobal liderlik uğrunda ABŞ-Rusiya savaşının qalibinin kim olacağını indidən söyləməyə imkan verir.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR