İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ təsdiqlədi: İraqdakı zərbələr zamanı SEPAH üzvləri öldürülüb

ABŞ və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin İraqdakı "Həşd əş-Şəəbi" obyektlərinə endirdiyi gecə zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı amerikalı nümayəndəyə istinadən məlumat yayıb.

Bildirilir ki, həlak olanların sayı və kimliyi ilə bağlı müxtəlif ziddiyyətli xəbərlərin yayıldığı bir vaxtda bu açıqlama faktiki olaraq Vaşinqton tərəfindən verilən ilk təsdiqdir.

Daha əvvəl Qərb KİV-ləri İraq qruplaşmalarının üzvlərinə istinadən hücum nəticəsində 6 iranlı müşavirin öldüyünü yazmışdı. Həmçinin "Həşd əş-Şəəbi" üzvlərinin dəfn mərasimindən İran bayrağına bükülmüş tabutların fotoları yayılıb.

İran hökuməti hələlik bu xəbərləri rəsmi olaraq şərh etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR