Onlayn ictimai-siyasi qəzet
ABŞ üçün əsas terror təhdidləri narkotik kartellərindən, islamçılardan və radikal solçu ideyaların tərəfdarlarından gəlir.
Musavat.com xəbər verir ki, bu mövqe ABŞ administrasiyasının açıqladığı Terrorla Mübarizə Strategiyasında öz əksini tapıb:
"Hazırda üç əsas terrorçu qruplaşma görürük: narko-terrorçular və transmilli dəstələr, ənənəvi islamçı terrorçular və anarxistlər və antifaşistlər də daxil olmaqla zorakı solçu ekstremistlər".
Sənəddə qeyd olunur ki, ABŞ "bütün bu qrupların öhdəsindən gələ bilər, lakin təhlükə əhəmiyyətli və geniş yayılmış olaraq qalır".
ABŞ hesab edir ki, Şimali Atlantika Alyansındakı Avropa müttəfiqləri terrorçular üçün maliyyə və logistika mərkəzlərinə çevrilib. Sənəddə vurğulanır ki, "nəzarətsiz kütləvi miqrasiya Avropa ölkələrinə terrorçuların nüfuz etməsi üçün kanal rolunu oynayır" və buna görə də Avropa ölkələri "səylərini dərhal və əhəmiyyətli dərəcədə artırmalıdırlar".
Strategiyanın müəllifləri qeyd edirlər ki, "varlı NATO müttəfiqlərinin terrorçular üçün maliyyə, logistika və cəlbetmə mərkəzləri kimi xidmət etməsi qəbuledilməzdir".
Sənəddə həmçinin vurğulanır ki, Avropa ölkələri "terrorizmə qarşı mübarizədə ABŞ-ın əsas və uzunmüddətli tərəfdaşları olaraq qalır". Lakin Avropa "həm terrorçular üçün hədəf, həm də terror təhdidlərinin inkubatorudur".
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ