İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirliyi həyəcan təbili çaldı: “İraqı tərk edin”

Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda ABŞ öz vətəndaşlarına İraqla bağlı təcili xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, ABŞ-ın Bağdaddakı səfirliyi ölkədə olan amerikalıları mümkün qədər tez İraqı tərk etməyə çağırıb.

Səfirliyin açıqlamasında qeyd olunur ki, hazırda İraqdan kommersiya aviareysləri həyata keçirilmir. Buna görə də ABŞ vətəndaşlarına İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı və Türkiyə istiqamətində quru yolu ilə çıxışın mümkün olduğu bildirilib.

Bununla yanaşı, xəbərdarlıq edilib ki, sərhəd-keçid məntəqələrinin əksəriyyəti açıq olsa da, onlar əvvəlcədən xəbərdarlıq edilmədən bağlana bilər.

Diplomatik nümayəndəlik həmçinin İraqda qalmağa qərar verən amerikalılara müraciət edərək bildirib ki, belə şəxslər uzun müddət təhlükəsiz bir yerdə qalmağa hazır olmalı, həmçinin ərzaq, su və dərman kimi əsas ehtiyaclarını əvvəlcədən ehtiyat kimi toplamalıdırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR