İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfiri Karakasdadır

ABŞ Dövlət Departamentinin Venesuela üzrə təyin olunmuş müvəqqəti işlər vəkili Laura Doqa Karakasa gəlib.

Musavat.com xəbər verir ki, məlumatı Venesuelanın xarici işlər naziri İvan Gil Pinto özünün Telegram kanalında açıqlayıb: Karakasda Venesuela Bolivar Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə fəaliyyət planı hazırlamaq məqsədi daşıyan iş gündəliyinin bir hissəsi olaraq ABŞ səfiri, amerikalı diplomat Laura Doqanı qəbul etdik. O, tərəflərin mövcud fikir ayrılıqlarının qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan diplomatik dialoq yolu ilə həllini müzakirə edəcəklərini qeyd edib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR