Onlayn ictimai-siyasi qəzet
Donald Tramp administrasiyası Havana hökumətinə rəhbərlik edərək ölkənin Vaşinqtonla bağlı kursunu dəyişə biləcək şəxs müəyyənləşdirməyə çalışır.
Musavat.com xəbər verir ki, məlumatı The New York Times mənbələrə istinadən yayıb. Məlumata görə, ABŞ administrasiyası kəşfiyyat orqanlarına Nikolas Madurodan sonra Venesuelaya rəhbərlik edən "Delsi Rodrigez kimi birini" tapmağı tapşırıb. ABŞ rəsmiləri Rodrigezi maneəsiz ölkə rəhbərliyini öz üzərinə götürə bilən və Vaşinqtonla əməkdaşlıq etməyə hazır olan praqmatist kimi görürdülər.
Nəşr yazır ki, ABŞ administrasiyasında bəziləri Kubada da oxşar praqmatik lider tapıla biləcəyinə inanırlar. Lakin ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, Kubanın Vaşinqtonla əməkdaşlıq etmək istəməməsi daha çox İrana, daha az isə Venesuelaya bənzəyir.
ABŞ administrasiyasına uyğun gələ biləcək namizədlər arasında The New York Times Kubanın daxili işlər naziri Lazaro Alberto Alvarez Kasas və Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastronun adını çəkir.
The New York Times qəzeti əvvəllər mənbələrə istinadən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Kuba ilə bağlı gizli işçi qrupu yaratdığını bildirmişdi. MKİ üzvlərindən Kuba siyasi elitasında bölünmələr yaratmağı gözləyir və sərt xətt tərəfdarı liderləri ABŞ prezidenti Donald Trampın tələblərini yerinə yetirməyə daha çox hazır olanlarla əvəz etməyi ümid edirlər.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ