Onlayn ictimai-siyasi qəzet
ABŞ ilə İran arasında birbaşa danışıqları sürətləndirmək cəhdləri nəticə verməyib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin CBS telekanalı məlumat yayıb.
Məlumata görə, diplomatik kanalların aktivləşdirilməsi və tərəflər arasında birbaşa təmasların qurulması istiqamətində aparılan səylər dalana dirənib. Danışıqların niyə baş tutmaması ilə bağlı detallar açıqlanmasa da, prosesin ciddi çətinliklərlə üzləşdiyi bildirilir.
Eyni zamanda diqqətçəkən məqam ondan ibarətdir ki, bu həftə İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri, general Binder Vaşinqtonda səfərdə olub. O, ABŞ-nin əsas güc mərkəzlərində – Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Ağ Evdə qapalı görüşlər keçirib.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ