İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ilk dəfə açıqladı: Maduroya qarşı əməliyyatda şok detallar

ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsinə yönəlmiş əməliyyatı zamanı süni intellekt sistemi istifadə olunub.

Musavat.com xəbər verir ki, The Wall Street Journal yazır: əməliyyatda “Claude” adlı neyroşəbəkə ABŞ-nin “Palantir” şirkəti ilə müqavilə çərçivəsində tətbiq edilib.

Məlumata görə, bu hadisə yüksək səviyyəli generativ süni intellekt modelinin real hərbi əməliyyatda istifadəsinin ilk məlum nümunəsi hesab olunur. Maraqlıdır ki, sistemin rəsmi qaydalarında onun zorakılıq, silah və izləmə məqsədləri üçün tətbiqi qadağan edilir.

Buna baxmayaraq, texnologiya əməliyyatın planlaşdırılması və böyük həcmli məlumatların analizində mühüm rol oynayıb. Nəşr qeyd edir ki, fakt süni intellektin müharibələrdə tətbiqi ilə bağlı etik və hüquqi mübahisələri yenidən alovlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR