İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Fars körfəzində hərbi mövcudluğunu saxlayacaq

ABŞ İrana Tehran və Vaşinqton arasında anlaşma memorandumuna əməl etməsi üçün təzyiq göstərmək məqsədilə Fars körfəzində gücləndirilmiş hərbi mövcudluğunu saxlamaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donadl Tramp G7 zirvəsində iştirak etdiyi Fransada jurnalistlərə deyib: "Bu, yaxşı sualdır. Biz bu barədə düşünməmişik. Yəqin ki, bir müddətdir. Bu, yaxşı yerdir".

O, ABŞ-ın İrandakı hərbi mövcudluğunun nə qədər davam edəcəyi ilə bağlı suala cavab olaraq bildirib: "Bir az daha deyərdim. İşlərin necə getdiyini görmək üçün. Düşünürəm ki, hər şey yaxşı olacaq, amma görəcəyik".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR