Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ABŞ və Səudiyyə Ərəbistanının qırıcı təyyarələri İraq ərazisində yerləşən çoxsaylı hərbi obyektlərə birgə hava zərbələri endirib.
Musavat.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı rəsmi bəyanata əsasən, vurulan hədəflər İranla bağlı olan silahlı qruplaşmalar tərəfindən istifadə olunurmuş.
Vaşinqtonun açıqlamasına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nəzarətindəki terrorçu qruplaşmalara ABŞ qoşunlarına və Səudiyyə Ərəbistanının energetika infrastrukturuna hücum etmək tapşırığı verib.
Birgə hərbi əməliyyatın İran tərəfindən son 72 saat ərzində təşkil edilən 30-dan çox PUA (dron) hücumuna cavab olaraq həyata keçirildiyi bildirilir.
Musavat.com
29 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ