Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Rusiyadakı səfirliyi bu ölkədə olan amerikalılara təcili xəbərdarlıq edərək onları Rusiyanı dərhal tərk etməyə çağırıb.
Musavat.com xəbər verir ki, səfirlik həmçinin ABŞ vətəndaşlarına Rusiyaya planlaşdırılan bütün səfərlərdən çəkinməyi tövsiyə edib.
Xəbərdarlığa səbəb ölkə ərazisində təhlükəli taun xəstəliyinin yayılması riskidir.
Diplomatik missiya İrkutsk vilayətində gənc bir qadının ölümündən sonra ağciyər taununun alovlanması və bölgədə karantin rejiminin tətbiq edilməsi ilə bağlı məlumatları diqqətlə izləyir. Xəstəliyin ehtimal olunan yayılma zonalarında olmuş ABŞ vətəndaşlarına 14 gün ərzində səhhətlərini ciddi nəzarətdə saxlamaları tapşırılıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp xəstəliyin yayılmasına qarşı mübarizədə Rusiyaya kömək etməyə hazır olduqlarını bəyan etmişdi.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ