Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın atəşkəs planı Sudanın Liviya ssenarisinə bənzər şəkildə bölünməsinə səbəb ola bilər.
Musavat.com xəbər verir ki, bunu Sudanın Suveren Şurasının rəhbəri Əbdül Fəttah əl-Bürhanın müşaviri Əmcəd Fərid Reuters agentliyinə deyib.
O, ABŞ prezidentinin ərəb və Afrika məsələləri üzrə baş müşaviri Məssəd Bulosu nəzərdə tutaraq bildirib: "Görünür, Bulos bizə ölkənin Liviya modeli üzrə de-fakto bölünməsinə razılıq verməyimiz üçün təzyiq göstərir".
Fərid hesab edir ki, təklif olunan yanaşma üsyançı hərəkat olan Sürətli Reaksiya Qüvvələrinə (SRF) öz strukturlarını və Sudanın siyasi gələcəyində yerini saxlamağa imkan verir. O əlavə edib ki, Sudan tərəfi əsasən SRF-nin beynəlxalq nəzarət altında olan şəhərlərdən çıxarılması ilə bağlı düzəlişlər təklif edib, lakin Vaşinqton onlara məhəl qoymayıb.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ